
Cəbrayıl. Trend:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu
Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında
yola salınan ailələr doğma yurdlarına qovuşub.
Trend-in bölgə
müxbiri xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndi bugün 18
ailə olmaqla 66 nəfərə qucaq açıb.
Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub
və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci
mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3,
4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz,
Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili
yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220
yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın,
bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb
məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata
keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə
dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə”
kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park
kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar
kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq
ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
xxx
12:09
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in bölgə
müxbiri xəbər verir ki, bu gün Cəbrayılın Horovlu kəndinə 18 ailə
olmaqla 66 nəfər köçürülüb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.


