Türkiyədə şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşub, 14 nəfər yaralanıb

Baş səhifə
Türkiyədə şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşub, 14 nəfər yaralanıb

Türkiyənin Afyonkarahisar əyalətinin Bolvadin rayonunda şagirdləri daşıyan avtobus ilə yük maşını toqquşub, nəticədə 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, şagirdləri daşıyan avtobus sürücüsünün kimliyi barədə hələ ki məlumat yayılmayıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Məlumat əsasən, hadisə yerində polis və yanğınsöndürən briqadaları fəaliyyət göstərir. Araşdırma aparılır.