ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq
potensial sursat, o cümlədən hava bombaları və əlaqəli logistika
satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik
üzrə Əməkdaşlıq Agentliyi xəbər verib.




Məlumata əsasən, Kanada hakimiyyəti bundan ABŞ-dən, xüsusən də
BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif
əlaqəli avadanlıqlar, eləcə də təlim sursatları istəyib.

Sənəddə vurğulanıb ki, “təklif olunan satış NATO müttəfiqinin
döyüş qabiliyyətini artırmaqla ABŞ-ın xarici siyasəti və milli
təhlükəsizlik məqsədlərinə uyğun olacaq”.