Konqo Demokratik Respublikası və Ruanda ABŞ-də sülh müqaviləsi imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikası və Ruanda prezidentləri Feliks
Çisekedi və Pol Kaqame Vaşinqtonda iki ölkə arasındakı münaqişənin
sülh yolu ilə həlli üçün saziş imzalayıblar.

Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp da
vasitəçi kimi çıxış edərək müqaviləni imzalayıb.

“Bu, çox əla bir gündür, ABŞ, dünya və bu iki ölkə üçün əla bir
gündür”, – deyə D.Tramp sənədin imzalanmasından əvvəl bildirib.




Saziş rəsmi olaraq “KDR və Ruanda prezidentləri Feliks Tşisekedi
və Pol Kaqame arasında Sülh və Rifah naminə Vaşinqton Sazişləri”
adlanır. Hazırkı müqavilə bu ilin iyun ayında Ruanda ilə Konqo
Demokratik Respublikası arasında imzalanmış müqaviləni
konkretləşdirir.

Tramp həmçinin Vaşinqton və Amerika şirkətlərinə regionda nadir
torpaq metallarına çıxış imkanı verəcək ikitərəfli müqavilələr
imzalamaq niyyətində olduğunu açıqlayıb.