Rusiyada “Snapchat” bloklanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Snapchat” foto və video paylaşma xidməti terrorçu
fəaliyyətlər və dələduzluq üçün cinayətkarları cəlb etmək məqsədilə
istifadə edildiyi üçün Rusiyada bloklanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Rabitə,
İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə
Federal Nəzarət Xidməti (Roskomnadzor) xəbər verib.




“Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Snapchat” ölkədə
terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək,
cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və
digər cinayətlər törətmək üçün istifadə olunur”, – deyə
bildirilib.

Qurumdan əlavə edilib ki, ictimai rabitə şəbəkəsinin
mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, “Roskomnadzor” 10 oktyabr 2025-ci ildə xidməti bloklamaq üçün
tədbirlər görüb.