Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək

Baş səhifə
Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək

Hesablama Palatasının auditoru Vəfa Mütəllimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İnkişaf Bankının (IDB) rəhbərliyi ilə görüş keçirib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, İDB Qrupunun prezidentinin müşaviri Məhəmməd Hedi Mecai nümayəndə heyətini salamlayaraq onları Ciddə ofisində qəbul etməkdən məmnunluğunu ifadə edib.

V.Mütəllimova isə görüşün əhəmiyyətini vurğulayıb, Palatanın funksional fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər barədə qarşı tərəfə məlumat verib. O, IDB ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq üzrə mövcud imkanları müzakirə edib və gələcək əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində ilkin addımları müəyyən ediblər.