Ayxan Abbasov cəzalandırılıb

Baş səhifə
AFFA İntizam Komitəsi Ayxan Abbasovu cəzalandırıb

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 2000 manat cərimə edilsin (maddə 47.2);

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);