İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 10%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda işsizlikdən sığorta
haqları üzrə daxilolmalar 203 milyon manat təşkil edib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 10,4 faiz çoxdur.




Qeyd edilib ki, dövr ərzində qeyri-büdcə təşkilatları üzrə
daxilolmalar isə 11,4 faiz artıb və 155 milyon manat olub.

Belə ki, ötən ilin eyni dövründə işsizlikdən sığorta haqları
üzrə daxilolmalar 183,9 milyon manat təşkil etmişdi.