Bağça müəllimlərinin nəzərinə! –

Baş səhifə

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün sertifikatlaşdırma prosesinin tətbiqi bağça təhsilində keyfiyyətin artırılması və müəllim heyətinin peşəkarlığının qiymətləndirilməsi baxımından mühüm addım hesab olunur.

Lakin son dövrlərdə bağça müdirlərinin diaqnostik qiymətləndirmə imtahanlarında göstərdikləri aşağı nəticələr cəmiyyətdə müəyyən narahatlıqlar yaradıb. Mütəxəssislər qeyd edirlər ki, tərbiyəçi müəllimlərin də oxşar çətinliklərlə üzləşməsi ehtimalı yüksəkdir. Peşəkar inkişaf imkanlarının məhdudluğu nəzərə alınarsa, bir çox tərbiyəçinin sertifikasiyadan keçməməsi riski real görünür.

Bəs məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün sertifikasiya nə zaman keçiriləcək?

Metbuat.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda qarşıya qoyulan hədəflərə uyğun olaraq, 2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində 17 min nəfər tərbiyəçi heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.