
Bakı. Trend:
Azərbaycan və Cənubi Koreya mərkəzi bankları arasında
əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov “X” hesabında paylaşım edib.
“Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Mərkəzi
Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirdik. Görüş zamanı
monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı
maliyyə məsələlərini müzakirə etdik. Bundan əlavə, sektorda
texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri
nəzərdən keçirdik. Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi
bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən
mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına
dair fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

