55 yaşlı kişi Ağdərədə minaya düşüb – BİRGƏ MƏLUMAT

Baş səhifə

Bakı. Trend:

Ağdərə rayonunda mina hadisəsi baş verib

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin
(ANAMA) Mətbuat Xidmətlərinin məlumatında qeyd olunub.

Bildirilib ki, 1970-ci il təvəllüdlü kənd sakini Pənahəliyev
Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara
otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından
xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.




Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma
aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd
olunub.