Geodeziya və Xoreoqrafiya Agentliyi TDT üçün rəqəmsal xəritələrin hazırlanmasına start verib

Baş səhifə

Bakı. Trend:

Geodeziya və Xoreoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya
koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin
hazırlanmasına start verilib.

Trend xəbər
verir ki, bunu bu gün Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin
rəisi, general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatına
(TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci
iclasında çıxışı zamanı deyib.

General-leytenant bildirib ki, Azərbaycan rəqəmsal ordu
konsepsiyası ilə bağlı ciddi addımlar atıb:

“Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir.
Coğrafi informasiya sisteminin yaradılması isə bu günün
tələbidir.

Bu coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri
birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik
xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə
bağlı əsas istiqamətlərdən biridir”.