
Bakı.Trend:
Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman
Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri
rəhbərlərinin XXVI Beynəlxalq Konfransında təltifetmə mərasimi
keçirilib.
Trend xəbər
verir ki, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman
Federasiyasının prezidenti daxili xidmət general-polkovniki
Aleksandr Çupriyan Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu
Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi
töhfəyə görə” medalı təltif edib.
Xəbər yenilənəcək

