Brüsseldə NATO ölkələrinin XİN rəhbərlərinin toplantısı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin
toplantısı baş tutacaq.

Trend xəbər verir
ki, proqrama əsasən, əvvəlcə Şimali Atlantika Şurasının xarici
işlər nazirləri səviyyəsində iclası keçiriləcək, daha sonra isə
NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində işgüzar
görüşü olacaq.




NATO-nun Baş katibi Mark Rütte toplantı ilə bağlı açıqlamasında
bildirib ki, görüşdə Ankarada keçiriləcək növbəti NATO Sammitinə
hazırlıq çərçivəsində təhlükəsizlik mühitində dəyişən təhdidlər
müzakirə olunacaq, həmçinin çəkindiricilik və müdafiə
qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar
nəzərdən keçiriləcək.

O əlavə edib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə
NATO-Ukrayna Şurası çərçivəsində də müzakirələr aparılacaq.