
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Moskvanın “Vnukovo 2” hava limanına enib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Uitkoffu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Uitkoffla birlikdə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
***
13:58
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Rusiya sərhədini keçib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i Hava Hərəkətinin Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, Uitkoffun əvvəllər Moskvaya səfər etmək üçün istifadə etdiyi ABŞ təyyarəsi Rusiya sərhədini keçib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Putin-Uitkoff görüşünün Moskva vaxtı ilə təxminən 17:00-də başlayacağını açıqlayıb.


