Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur

Baş səhifə
Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur

Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşası təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, Sumqayıtda məişət tullantılarının utilizasiyası və daşınması problemdir:

“Hazırda 500 mindən çox əhalisi olan şəhərdə tullantıların həcmi ildən-ilə artır, mövcud poliqon isə bu yükü daşımaqda çətinlik çəkir. Tullantıların yandırılması nəticəsində yaranan tüstü və kəskin qoxu ətraf yaşayış məntəqələrində haqlı narazılıqlara səbəb olur. Bu, təkcə ekoloji deyil, eyni zamanda, sosial məsələdir. Ona görə də Sumqayıtda müasir tullantıların utilizasiyası zavodunun inşasını təklif edirəm. Belə bir müəssisənin yaradılması həm ekoloji tarazlığın qorunmasına xidmət edər, həm də şəhərin “yaşıl iqtisadiyyat” və “yaşıl şəhər” konsepsiyasına tam uyğun olardı”.