Tramp ABŞ vətəndaşlarına bu səbəbdən xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşlarını dövlət
başçısının sərəncamlarına itaətsizliyə çağırışlardan çəkinməyə
çağırıb və ABŞ Demokratlar Partiyasından olan senator, keçmiş
astronavt Mark Kelli tərəfindən səsləndirilən bu cür çağırışları
pisləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Mark Kelli və bir qrup qeyri-vətənpərvər siyasətçi düzgün addım
atmayıblar və onlar bunun fərqindədirlər. Ümid edirəm ki, onlara
baxan insanlar aldanmayacaqlar və başqalarını Amerika Birləşmiş
Ştatlarının prezidentinə itaətsizliyi azad və ictimai şəkildə
təhrik etməyin normal bir şey olduğunu düşünməyəcəklər”, – Tramp
“TruthSocial” hesabında yazıb.

Qeyd edək ki, noyabrın sonunda ABŞ-nin müdafiə naziri Pit Heqset
Mark Kellinin hərbçiləri ali komandanlığın mübahisəli əmrlərini
tabesizliyə çağıran açıqlamaları ilə bağlı onun barəsində araşdırma
aparılması barədə tapşırıq vermişdi.