Azərbaycanda yerli insan kapitalının inkişafı dövlət siyasətinin əsasını təşkil edir – Soltan Bayramov

Baş səhifə

Bakı. Trend:

2023-cü ildə bu günkü peşələrin səriştəlilik səviyyəsinin 40
faiz aşağı düşəcəyi proqnozlaşdırılır.

Trend xəbər
verir ki, bunu bu gün 4SİM-in İcraçı direktorunun müavini Soltan
Bayramov Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin
tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya
Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin
İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yarım illik nəticələrinə dair
təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi artıq 8 aydır həyata
keçirilən Milli Proqram çərçivəsində görülən işlər barədə
ictimaiyyəti məlumatlandırmaq və qarşıda duran vəzifələri müzakirə
etməkdir.




“Azərbaycanda yerli insan kapitalının inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ölkəyə
bir sıra təşəbbüslər gətirilib, bunlardan biri də “Bacarıqların
sürətləndirilməsi” təşəbbüsüdür. Layihə çərçivəsində 50-dən çox
tərəfdaşla sorğular aparılır və əldə olunan nəticələr əsasında
beynəlxalq metodologiyaya uyğun yol xəritəsi hazırlanacaq. Bu yol
xəritəsi ölkədə insan kapitalının inkişafına xidmət edəcək.

2024-cü ildə pilot layihə olaraq həyata keçirilən proqramın
nəticələri üzrə data analitikası aparılıb və əldə edilən
göstəricilər əsasında Milli Proqrama start verilib. Hazırda proqram
artıq 70 min nəfəri əhatə edir. Statistikaya görə, 2024-cü ildə bir
istifadəçi həftə ərzində orta hesabla 6 saat proqramdan istifadə
edirdisə, hazırda bu göstərici 9 saata yüksəlib. Bu isə təşəbbüsə
olan marağın və iştirak səviyyəsinin artdığını göstərir”, – deyə
Bayramov əlavə edib.