Tramp Netanyahunu Ağ Evə dəvət edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı İsrailin baş
naziri Binyamin Netanyahunu “yaxın gələcəkdə” Ağ Evdə görüşə dəvət
edib.

Trend-in
məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti
bildirib.




“Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ
prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib”, –
deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, söhbət zamanı iki ölkə liderləri HƏMAS-ın
tərksilah edilməsinin və Qəzza zolağının silahsızlaşdırılmasının
vacibliyini və sadiqliyini vurğulayıblar. Baş nazirin ofisi əlavə
edib ki, bundan əlavə, onlar region ölkələri ilə “sülh sazişlərinin
genişləndirilməsini müzakirə ediblər”.