Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında uduzub

Baş səhifə
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında uduzub

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.

“Report” xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan millimiz 0:4 hesablı məğlub olub.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Kukus” stadionunda keçirilib.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.