Almaniya Ukraynanın enerji sisteminin gücləndirilməsi üçün 170 milyon avro ayırıb

Baş səhifə

Almaniya Ukraynanın enerji sisteminin gücləndirilməsi üçün 170 milyon avro ayırıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Almaniyanın ölkədəki səfiri Hayko Toms ilə görüşün yekunlarına dair “Telegram” kanalında etdiyi paylaşımda məlumat yayıb.

Baş nazir bildirib ki, Almaniya Ukrayna Enerji Fonduna verdiyi töhfə ilə yanaşı, enerji infrastrukturunun gücləndirilməsi üçün əlavə 170 milyon avro ayırıb. Onun sözlərinə görə, bu vəsait Ukraynanın kritik enerji obyektlərinin qış mövsümünə hazırlığının artırılmasına xidmət edəcək.

Görüş zamanı o, ölkəsinə davamlı dəstəyə görə Almaniya Federativ Respublikasına təşəkkür edib və vurğulayıb ki, Almaniya Ukraynanın ən böyük Avropa donoru və əsas hərbi yardım tərəfdaşı olaraq qalır.