Bakı. Trend:
Karib dənizi bölgəsində, xüsusən də Venesuela üzərindəki səmada
elektromaqnit müdaxiləsi ABŞ hərbi müdaxiləsinin nəticəsidir.
Trend-in məlumatına görə, bu barədə Kubanın xarici işlər naziri
Bruno Rodriqes Parrilya “X” sosial şəbəkəsində yazıb.
“Biz, ABŞ-ın bölgədəki aqressiv və ifrat hərbi
yerləşdirilməsinin Karib dənizində, xüsusən də Venesuela hava
məkanında yaratdığı davamlı elektromaqnit müdaxiləsini pisləyirik”,
– deyə Kuba diplomatı yazıb.
O əlavə edib ki, müdaxilə Venesuelaya qarşı “qanuni hökuməti
zorla devirmək” məqsədi daşıyan hərbi eskalasiyanın və “psixoloji
müharibənin” bir hissəsidir.

