Azərbaycan boksçusu Avropa çempionu oldu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan boksçusu Sübhan Məmmədov (50 kiloqram) U-23 Avropa
çempionatının qalibi olub.

Trend xəbər verir ki,
millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Məmmədov yekunda 4:1 (28:29, 29:28,
29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu
tituluna yiyələnib.




Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa
çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60
kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) bürünc mükafata sahib
olub.

Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu
mübarizə aparırdı.