İsrailin Suriyanı atəşə tutması nəticəsində 20 nəfər həlak olub

Baş səhifə

İsrail ordusunun Suriyanın Dəməşq əyalətindəki Beyt Can şəhərinə endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Suriya TV Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, cümə günü İsrail ordusu Suriyanın Beyt Can bölgəsinə hava hücumları təşkil edib və artilleriya atəşi açıb.

İsrail hərbi patrulunun əraziyə daxil olduğu və patrulla yerli sakinlər arasında toqquşmalar baş verdiyi bildirilib.

Bundan əvvəl hadisə zamanı qadınlar və uşaqlar da daxil olmaqla 13 nəfərin həlak olduğu, 25 nəfərin isə yaralandığı ilə bağlı məlumat yayılmışdı.