Gələcəkdə peşələr yox, bacarıqlar ön plana çıxacaq – İŞKUR-un baş direktor müavini

Baş səhifə

Bakı. Trend:

Gələcəyin peşələrinin nə olacağı barədə sadəcə əlimizdəki
məlumatlar əsasında ehtimallar üzərindən danışa bilirik.

Trend xəbər
verir ki, bunu Türkiyə İş Qurumunun (İŞKUR) baş direktor müavini
İbrahim Oğuzhan Yıldırım Dövlət Məşğulluq Agentliyi tərəfindən
Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində
təşkil edilmiş “Peşələrin gələcəyi bizdən nə tələb edir?” adlı
paneldə “Gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi”
mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələcəyin peşələri texnoloji inkişafa,
qlobal iqlim dəyişikliyinə, iqtisadi dəyişikliklərə uyğunlaşa bilən
peşələr olacaq.




“Mühasibatlıq, tibbi məsləhətçi, hüquq məsləhətçisi kimi
peşələrin sıradan çıxacağı düşünülür. 2024-cü ildə Türkiyə üzrə
apardığımız araşdırma nəticələri gələcəkdə peşələr yox,
bacarıqların ön plana çıxacağını deməyə imkan verir. Gələcəkdə
klassik peşələrin sıradan çıxacağını düşünürük. Qlobal istiləşmə
fonunda sadəcə rəqəmsallaşma yox, “yaşıl çevrilmə” də ön planda
tutulmalı məsələrdir.

Gələcəyin peşələri hansılar olacaq? Bu suala dəqiq, konkret
cavab vermək mümkün deyil. Biz sadəcə əlimizdəki məlumatlara əsasən
ehtimallar üstündən danışa bilərik. Gələcəkdə sosial rifahın aşağı
düşəcəyinə yox, əksinə yüksələcəyinə ümid edirik. Ən mühüm məqam
dəyişikliklərə uyğunlaşa bilmək, gələcəkdəki dəyişikliklərə indidən
hazır olmaqdır”.