Britaniya hökuməti “Lukoil International GmbH” şirkətinə ümumi lisenziya verib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti “Lukoil”ın xarici aktivlərinə sahib
olan “Lukoil International GmbH” şirkətinə ümumi lisenziya təqdim
edib.

Trend xəbər verir
ki, bu barədə ölkənin Xəzinədarlıq Departamentinin tərkibində
fəaliyyət göstərən Böyük Britaniyanın Maliyyə Sanksiyalarının
İcrası Ofisi məlumat yayıb.




Bildirilib ki, şirkətlə əməliyyatların həyata keçirilməsinə
icazə verən lisenziya 26 fevral 2026-cı il tarixinədək qüvvədə
olacaq.

Xatırladaq ki, bundan əvvəl Britaniya hakimiyyəti “Lukoil”un
Bolqarıstandakı dörd törəmə şirkəti – “Lukoil Bulgaria”, “Lukoil
Neftochim Burgas”, “Lukoil Aviation Bulgaria” və “Lukoil Bunker
Bulgaria” üçün ümumi lisenziyanın müddətini 14 fevral 2026-cı ilə
qədər uzatmışdı.