
Bakı. Trend:
UEFA İntizam Komitəsi “Qarabağ” klubuna qarşı sanksiya tətbiq
edib.
Trend UEFA-nın
saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin
U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda “Çelsi” ilə
Bakıda keçirilən oyununda azarkeşlərin rəqib futbolçuya qarşı irqçi
davranış sərgiləməsi olub.
Məlumata əsasən, bu səbəbdən UEFA “Qarabağ” klubunu 5000 avro
məbləğində cərimələyib.
Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmə şərti
cəzası alıb. Əgər “Qarabağ” azarkeşləri bu müddətdə təkrar irqçi
hərəkətlərə yol verərlərsə, cəza dərhal qüvvəyə minəcək.


