Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında “Ordu” və “Neftçi” qələbə qazanıb

Baş səhifə
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında Ordu və Neftçi qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə “Ordu” “Azərreyl” üzərində 3:1 hesablı qələbə qazanıb.

Ardınca isə “Neftçi” “Xilasedici” kollektivindən güclü olub – 3:0.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.