
Bakı. Trend:
Avropa İttifaqı bioiqtisadiyyatın potensialını daha geniş tətbiq
etmək məqsədilə yeni inkişaf strategiyasını təqdim edib.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yeni sənəd bioəsaslı məhsulların fosil əsaslı
materialları əvəz etməsini və təmiz sənayelərə keçidin
sürətləndirilməsini hədəfləyir. Bioəsaslı kimyəvi maddələrdən
plastiklərə, tikinti materiallarından gübrələrə qədər bu sahə geniş
tətbiq imkanları ilə diqqət çəkir.
Strategiya dövlət və özəl investisiyaların səfərbər olunması ilə
innovasiyaların genişləndirilməsini nəzərdə tutur.
Sənəd bioəsaslı materiallar üçün aparıcı bazarların
formalaşdırılmasını da təşviq edir. Bu çərçivədə bioəsaslı məzmun
üçün qanunvericilik hədəflərinin müəyyən edilməsi
planlaşdırılır.


