Qonşuda hava kəskin dəyişir –

Baş səhifə

Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı düşəcək, yağış və qar yağacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Baş İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, noyabrın 30-dan başlayaraq ölkədə hava kəskin dəyişəcək. Ayın sonuncu günü Türkiyənin 80 vilayətinə güclü yağış yağacaq.

Qarlı hava şəraiti isə dekabrın 20-dən başlayacaq. Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Ərzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt vilayətlərinə yağacaq.

Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.