Növbəti köç karvanı Horovlu kəndinə çatıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl rayonunun
Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.

Trend xəbər
verir ki, bu gün Horovlu kəndinə 38 ailə olmaqla, 139 nəfər
qayıdıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci
mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3,
4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz və
yüksəksürətli internetlə təmin olunub. Həmçinin Günəş panelləri
quraşdırılıb. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik
məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının,
ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı
iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin
tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal
dövründə dağıdılmış kəhrizlər bərpa edilib.

Kənddə 4,4 hektar ərazidə park kompleksi inşa olunub, Bayraq
meydanı salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və
Eldar şamı ağacları əkilib.

13:22




xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, Cəbrayıl rayonunun
Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.

Bu mərhələdə Horovlu kəndinə 38 ailə (139 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.