Rəşad Nəbiyev: “Regional nəqliyyat dəhlizləri davamlı inkişafın əsasını təşkil edir”

Baş səhifə
Rəşad Nəbiyev: Regional nəqliyyat dəhlizləri davamlı inkişafın əsasını təşkil edir

Rəşad Nəbiyev

Regional nəqliyyat dəhlizləri sadəcə ticarət yolları deyil, eyni zamanda iqtisadi rifah, davamlı inkişaf və uzunmüddətli sülhün əsasını təşkil edir.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak etdik. Dəmir yolları, limanlar və yollar da daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal infrastrukturun inkişafının prioritetimiz olduğunu diqqətə çatdırdıq”, – deyə nazir qeyd edib.

R.Nəbiyev həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını təmin etməyi hədəflədiyini vurğulayıb.