Bakı. Trend:
Banqladeş məhkəməsi korrupsiya işi üzrə mühakimə olunan keçmiş
Baş nazir Şeyx Həsinəni 21 il müddətinə azadlıqdan məhrum edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məhkəmə həbs qərarını qiyabi olaraq çıxarıb. Belə ki, Şeyx
Həsinə hazırda ölkədə deyil və onun işinə öz iştirakı olmadan
baxılır.
Purçabolda “Yeni Şəhər- Racuk” layihəsi çərçivəsində torpaq
sahələrinin bölgüsü zamanı ehtimal olunan korrupasiya halları ilə
bağlı üç iddia qaldırılmışdı. Şeyx Həsinə hər bir iş üzrə təqsirli
bilinərək 7 il həbs cəzasına məhkum edilib ki, bu da ümumilikdə 21
il azadlıqdan məhrumetmə deməkdir.

