
Bakı. Trend:
Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə
İşçi Qrupunun 12-ci iclası keçirilir.
Trend xəbər
verir ki, iclasda ilk olaraq açılış nitqi ilə Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr
və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxış
edəcək.
Daha sonra isə Türk Dövlətləri Təşkilatının Baş katibinin
müavini Ömer Kocamanın da çıxışı gözlənilir.
İclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün
Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və müxtəlif panel
sessiyaları da baş tutacaq.
Xəbər yenilənəcək


