
Bakı.Trend:
Sabunçu rayonunda talama faktı qeydə alınıb. Gecə saatlarında
naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000
manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər
dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq
saxlanılıb.
Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin
birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə
də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda
şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.
Faktlar üzrə araşdırmalar davam etdirilir.


