Bakı. Trend:
Beyrutda Livanla Kipr arasında dəniz sərhədlərinin
müəyyənləşdirilməsi barədə saziş imzalanıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu sənəd gələcəkdə hər iki tərəfə dənizdə enerji
mənbələrinin kəşfiyyatı və qazıntısına imkan yaradacaq.
Həmçinin, Kipr prezidenti sazişi tarixi əhəmiyyətli sənəd
adlandırıb. Qeyd edib ki, Livanla dəniz sərhədlərinin
müəyyənləşdirilməsi regionda enerji layihələri ilə maraqlanacaq
investorlar üçün hüquqi bazanı təmin edir.

