Bakıda ər sosial karta görə arvadını döydü

Baş səhifə

Bakı. Trend:

Bakıda ər sosial karta görə arvadını döydü

Trend-in
məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Təqsirləndirilən şəxs izahatında bildirib ki, o və
arvadı(zərərçəkmiş) hərəsi 60 manat çörəkpulu alırlar.




Arvadı özünün həmin kartını anasına verib və pulları anası
çıxarıb. Lakin, son zamanlar ikinci övladının dünyaya gəlməsinə
görə maddi cəhətdən pula ehtiyacları olub. Bu barədə
təqsirləndirilən şəxs arvadına deyib ki, imkan varsa, kartı
anasından alsın, ailələrinin dolanışığı üçün istifadə etsinlər.
Sonuncu dəfə yaşadıqları evdə olan zaman yemək yeyib, zərərçəkmiş
isə anası ilə telefonla danışıb. Arvadına bir daha kartı anasından
götürməsini xahiş edib. Arvadı isə onu nalayiq küçə söyüşləri ilə
söyüb təhqir etməyə başlayıb, qayınnanası da onu söyüb. O əsəbləşib
bir dəfə sillə ilə arvadının sifətinə vurubki, söyüşlərini
dayandırsın.

Arvadı həyətə qaçıb, bir qədər sonra evdə olan zaman polislər
gəlib və məlum olub ki, zərərçəkmiş polisə şikayət edib.
Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olduğunu, nəzərə
alınmağını xahiş edib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
cinayət məsuliyyətindən azad edilib.