
Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalında neft yüklənməsi pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra bərpa edilib.
“Report”un Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Konsorsiumun mətbuat xidmətinin açıqlamasında bildirilib.
“Son günlərdə yükgöndərənlərin neftinin Tengiz – Novorossiysk sisteminə təhvil verməsi normal iş rejmində həyata keçirilib”, – açıqlamada qeyd edilib.
Daha əvvəl Ukrayna KİV-i məlumat yaymışdı ki, Silahlı Qüvvələrin və Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları ilə Rusiyanın Novorossiysk şəhərinə hücum nəticəsində neft terminalı və desant gəmisi zədələnib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


