
Bakı.Trend:
Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində 99 saylı Komplekt Transformator Məntəqəsində
(KTM) 26 noyabr tarixində təmir-təftiş işləri həyata
keçiriləcək.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Biləcəri
qəsəbəsi DSK yolu, yeni yaşayış massivində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


