
Yanvarın 9-da, saat 10:00-da “Cənubtikintiservis” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 25 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının və Maliyyə-Təftiş Komissiyasının yenidən formalaşdırılması daxildir.
“Cənubtikintiservis” 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin “Tekfen İnşaat” şirkətidir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


