
Bakı. Trend:
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan
şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT
Platformasının təsis konfransı keçirilib.
Trend xəbər verir ki, burada 8 müxtəlif dövlətdən təmsilçilər
olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə
kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü
hiss edir.
Qərara alınıb ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr
əldə oluna bilər.
Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr
Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə
Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
QHT Platformasını təsis edib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk
rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk
Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı
olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti
təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı
şəhərində yerləşəcək.
Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu
keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının
növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının
elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən
alqışlarla qarşılanıb.


