Bakı. Trend:
Son bir neçə gün ərzində Gürcüstandan 32 xarici vətəndaş
deportasiya olunub.
Trend xəbər verir
ki, bu barədə Gürcüstan DİN-in miqrasiya departamentinin mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə hüdudlarından kənarlaşdırılmış əcnəbilər
Hindistan, İran, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, və
Türkiyə vətəndaşları olub. Onların Gürcüstana girişinə qadağa
qoyulub.
Bundan əvvəl Gürcüstan DİN noyabr açıqlamasında, oktyabr ayı
ərzində ölkədən 121 əcnəbinin deportasiya olunduğunu bəyan
etmişdi.

