Bakı. Trend:
25.11.2025-ci il tarixində saat 04:50 radələrində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu
ərazisində yerləşən yaşayış evində yanğın hadisəsinin baş verməsi
səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası
cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə bədənin
müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə zəruri tibbi xidmət
göstərilib və Yanıq Mərkəzinə hospitalizasiya olunub.
09:38
xxx
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış
evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus
ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş
vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik
tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və
dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər
müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə
olunub.

