ABŞ-də böyük dalğa üç nəfəri batırıb

Baş səhifə

Bakı. Trend:

Kaliforniyanın Biq-Sur çimərliyində altı metrlik dalğa iki
qadını və bir kişini okeana sürükləyib.

Trend “Los Angeles
Times” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı qadınlar öz
gücləri ilə sahilə çıxmağı bacarıb və daha sonra xəstəxanaya
yerləşdiriliblər. Kişi isə hələ də itkin hesab olunur.




ABŞ Meteorologiya Xidməti xəbərdarlıq edərək bildirib ki,
dalğalar gözlənilmədən çimərliyi adi haldan daha uzağa, o cümlədən
qayalar və körpülər istiqamətində yuya bilər.

Park nümayəndəsinin sözlərinə görə, Sahil Mühafizəsinin
helikopteri okeanda cəsədə bənzər bir obyekt aşkarlasa da, qısa
müddət sonra onu gözdən itirib və axtarışlar davam edir.