Bakı. Trend:
Belçika hökuməti qarşıdan gələn büdcədə hərbi xərclərin 2025-ci
ildə ÜDM-in 1,4%-dən 2026-cı ildən başlayaraq 2%-ə qədər
artırılmasını razılaşdırıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu qərar bazar ertəsi ölkə əhalisinin həyat
səviyyəsinin aşağı düşməsinə qarşı başlayan üçgünlük ümumxalq
tətili fonunda qəbul edilib.
Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken ölkənin
NATO-ya töhfəsini artırmaq üçün yaxın illərdə Belçikanın müdafiə
xərclərini 34 milyard avro artırmaq planını təşviq edir.
Lakin büdcə hələ tam razılaşdırılmayıb. Hökumət koalisiyasındakı
beş partiya büdcə gəlirləri maddələri ilə bağlı bir sıra qərarlar
qəbul etməlidir.

