
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada
mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində
tədbirlər davam edir.
Xəbər yenilənəcək


