“Zita və Gita” filminin aktyoru vəfat edib

Baş səhifə

Bakı. Trend:

Hind aktyoru və siyasətçi Dharmendra (əsl adı – Dharmendra Keval
Krişan Deol -red.) 90 yaşında dünyasını dəyişib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hind kinokorifeyin rəsmi ölüm səbəbi hələlik
məlum deyil.




Qeyd edək ki, Dharmendra noyabrın 7-də Mumbayda yerləşən
xəstəxanaya yerləşdirilmişdi. O, tənəffüslə bağlı çətinliklərdən
şikayət edirdi. Sonradan sənətçi xəstəxanadan evə buraxılmışdı.

Dharmendra kinoda ilk dəfə 1960-cı ildə debüt edib. Onun
filmografiyasında təxminən 300 rol var. O, “Qisas və Qanun”,
“Sevməkdən Qorxma”, “Roki və Rani. Sevgi hekayəsi”, “Zita və Gita”,
“Əziz Raca” kimi bədii filmlərdə ol alıb.