TİKA rəsmisi: TDT ölkələri QHT-lərinin təcrübə mübadiləsi əlaqələri daha da möhkəmləndirəcək

Baş səhifə
TİKA rəsmisi: TDT ölkələri QHT-lərinin təcrübə mübadiləsi əlaqələri daha da möhkəmləndirəcək

TDT ölkələri QHT-lərinin təcrübə mübadiləsi əlaqələri daha da möhkəmləndirəcək.

“Report” xəbər verir ki, bunu TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Çelik Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, TİKA qurulduğu gündən bu yana 170-dən artıq ölkədə 30 mindən çox layihə və fəaliyyət həyata keçirib:

” Missiyamız hər zaman Türkiyənin beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişaf prosesini dəstəkləmək, ortaq tarixi və mədəni irsi gələcəyə daşıyan davamlı layihələr həyata keçirmək olub. Bu missiyaya uyğun olaraq, ofislərimizdən biri olan Bakı ofisimiz də dayanıqlı əməkdaşlıq məqsədilə 2 minə yaxın layihəyə imza atıb.

Təhsildən səhiyyəyə, potensialın artırılmasından mədəni irsin qorunmasına qədər müxtəlif sahələrdə Türk dövlətləri ilə qardaşlıq əlaqələrimizi möhkəmləndiririk və bu layihələr vasitəsilə Türk xalqının birliyini dünyanın müxtəlif bölgələrinə çatdırırıq”.

H. Çelik əlavə edib ki, sivil cəmiyyətin müasir dövlətlərin əsas dayaqlarından biri olduğunu nəzərə alaraq, ortaq irsin araşdırılması və müasir təcrübələrin paylaşılması istiqamətində çalışmaqda davam etməlidir:

“Burada iştirak edən qonaqların öz QHT təcrübələrini bir-biri ilə bölüşəcəklərinə və aramızdakı dostluğun daha da möhkəmlənəcəyinə inanırıq”.

MƏLUMAT YENİLƏNİR