Bakı. Trend:
Taylandda turizm polisi daşqınlar səbəbindən ölkənin cənubundakı
Hat Yai şəhərindəki 17 oteldən turistləri təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə Tayland polisinin
məlumatında bildirilib.
Məlumata əsasən, söhbət Malayziya, Sinqapur və İndoneziya
vətəndaşlarının təxliyəsindən gedir.
“Turizm polisi 17 oteldən turistləri Hatyay bələdiyyəsindəki
müvəqqəti sığınacağa təxliyə edib və orada onlara yemək və içməli
su verilib. Hatyay Hava Limanı adi rejimdə fəaliyyətini davam
etdirir”, – deyə qeyd edilib.
Tayland turizm orqanları səyahətçilərə Hatyay şəhər mərkəzinə,
xüsusən də güclü yağışlar nəticəsində su altında qalan düzənlik
ərazilərə baş çəkməkdən çəkinməyi tövsiyə edib.

