Azərbaycan şahmatçısı dünya çempionatında qızıl medal qazanıb

Baş səhifə

Bakı. Trend:

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar
arasında dünya çempionatına yekun vurulub.

Trend-in
məlumatına görə, mötəbər yarışın finalında Azərbaycan və FIDE
komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub
(3:1;2,5:1,5).

Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya
çempionatında ikinci yeri tutub.




Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10
partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl
medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər
Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan
Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər
Nicat Abasov və Qədir Hüseynov olub.